Türkiyə seçməlidir: NATO, yoxsa HƏMAS - AK

10:42 - 13 Oktyabr 2023 - GÜNDƏM

 Türkiyə seçməlidir: NATO, yoxsa HƏMAS - AK

Türkiyə AB və NATO-nun, yoxsa Rusiya, İran, Fələstinin HƏMAS hərəkatı, Livannın Hizbullah qruplaşmasının tərəfində olduğunu seçməlidir.

BUTA.TV xəbər verir ki, bunu Avropa Komissiyasının sədr müavini Marqaritis Şinas Şərqi Aralıq dənizi və Cənub-Şərqi Avropa ölkələrinin Brüsseldə keçirilən ikinci konfransında deyib.

“Fələstin-İsrail münaqişəsinin qızışdığı ilk andan AB-yə üzv olan 27 ölkənin hamısı yekdilliklə İsrailin özünümüdafiə hüququnu tanıdı, terror aktını pislədi və açıq şəkildə bəyan etdi ki, terrora heç bir əsas yoxdur. Türkiyə tarixin hansı tərəfində olmaq istədiyini seçməlidir: bizimlə - AB, NATO dəyərlərimiz, Qərb mənəviyyatımızla, yoxsa Moskva, Tehran, HƏMAS və Hizbullahla. Cavab tamamilə aydın olmalıdır”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol