Bakıda şirkət rəhbərini aldadaraq 206 min manat alan şəxslərin məhkəməsi başa çatıb.
“BUTA.TV” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1996-cı il təvəllüdlü İntiqam İskəndərli, 1979-cu il təvəllüdlü Mustafa M, və 1982-ci il təvəllüdlü Rofiq B. Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci (Külli miqdarda dələduzluq, rüşvət verməyə təhrik) maddələri ilə təqsirləndiriliblər.
Araşdırmalarla məlum olub ki, İntiqam və Mustafa “Yapsan” MMC-nin rəhbəri olan Rəşad Şirinovu şirkətinin 1 milyondan artıq olan vergi borcunu sildirəcəklərinə inandırıblar. İntiqam nazirlərdən birinin qaynı ilə dost olduğunu, həmin nazirlə bağ evində görüşdüyünü deyib və müəyyən addımlarla etibar qazanaraq Mustafa vasitəsilə şirkət rəhbərindən borcların sistemdən silinməsinə görə hissə-hissə olmaqla 206 min manat alıb. Bundan başqa İntiqamın tanışı Rofiqlə birgə bir neçə digər şəxsdən də vergi borcunun silinməsi, həmçinin başqa vədlərlə pul alması məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses oktyabrın 4-də başa çatıb. Məhkəmənin hökmü ilə İntiqama 6, Mustafaya 5, Rofiqə isə 4 il müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, bir neçə ay əvvəl dələduzluqla üzləşmiş "Yapsan" MMC-nin rəhbəri Rəşad Şirinov paytaxtın Səbail rayonu ərazisində intihara cəhd etmişdi.
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video