Bank olmayan kredit təşkilatları (BOKT) vətəndaşlara daha rahat şəkildə vəsait verərək üstünlük qazanmağa çalışırlar. Amma bəzən bu təşkilatlarda faizlər banklardakından daha yüksək olur. Ona görə də bu məsələlərdə vətəndaşlar daha diqqətli olmalıdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Cəfərli bildirib ki, bəzi vətəndaşların banka gecikmiş ödənişi və bir neçə banka borcunun olması onlara başqa bankdan pul götürməyə imkan vermir:
“Belə vəziyyətdə vətəndaş məcbur olub daha asan kredit almaq üçün bank olmayan kredit təşkilatlarına üz tutur. Şərtlərin banklardan daha yumşaq olması isə bu təşkilatları daha cəlbedici edir. Lakin burada çox yüksək faizlərin olması sonradan müəyyən problemlər yaradır”.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü