Oktyabrın 6-da Lənkəran şəhər Məhkəməsində maraqlı məhkəmə prosesi baş tutub.
BUTA.TV xəbər verir ki, əslən Lənkərandan olan və Rusiya vətəndaşı olmaqla bu ölkənin Tümen vilayətində yaşayan 2 nəfər xüsusi ittiham qaydasında müraciət edərək, 2001-ci il təvəllüdlü, Lənkəran Dövlət Universitetinin tələbəsi Aytac Mənsimovanın (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi əsasında məsuliyyətə cəlb edilməsini xahiş ediblər. Şikayətçilərdən R.Rəcəbov bildirib ki, Aytac onun keçmiş arvadıdır. Onlar bir neçə il əvvəl ailə quraraq Rusiyaya köçüblər. Sonra Aytac Türkiyədəki qohumugilə qonaq kimi gedib və oradan icazəsiz olaraq Azərbaycana qayıdaraq məhkəməyə boşanmaqla bağlı müraciət edib və rəsmən boşanıblar. Bundan sonra Aytac “TikTok” və “İnstagram” səhifələrində canlı yayım açaraq, keçmiş əri barəsində təhqiramiz ifadələr işlədib, onun fotosunu göstərərək ləyaqətini alçaldan ifadələr işlədib. Bu vidoları xeyli insan izləyib.
Aytac Mənsimova məhkəmədə törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib:
“Məcəllənin 148-ci maddəsi ilə mənə qarşı irəli sürülmüş ittihamda özümü təqsirli biliriəm. Qeyd edilən səhifə mənə məxsusdur. Əsəbi olub paylaşımlar etmişəm. Sabiq ərim mənim pulum ilə alınmış evdə və mənə məxsus cehizlərdən istifadə edərək erməni qadınla sevgili olub. Sabiq ərim uşağına aliment ödəmir, erməni qadına pul xərcləyir, buna görə də əsəbi olub sosial şəbəkədə onları söyüb paylaşmışam. Həmin sözləri dediyimə və onları sosial şəbəkədə paylaşdığıma görə, çox peşmanam. Məhkəmədən üzr istəyirəm. Lakin xüsusi ittihamçılardan üzr istəmirəm”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Lənkəran şəhər Məhkəməsinin hakimi Muradağa Qasımovun sədrliyi ilə keçirilən prosesdə Aytac Mənsimova Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı