ABŞ dövlət katibi Entoni Blinken “İranın tərəfdaşı Çini” Yaxın Şərqə sabitlik gətirmək üçün öz təsirindən istifadə etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Səudiyyə Ərəbistanına səfər edən Blinken Çinin xarici işlər naziri Vanq Yi ilə bir saatlıq telefon danışığı aparıb.
Miller Blinkenin Ər-Riyaddan Əbu-Dabiyə uçan təyyarəsində jurnalistlərə deyib:
“Bizim mesajımız o idi ki, münaqişənin yayılmasının qarşısını almaq ümumi maraqlarımıza uyğundur. Blinken Çinin öz təsirindən istifadə etməsinin faydalı olacağını düşünür".
Vanq Yi isə bildirib ki, məsələnin mümkün qədər tez bir zamanda siyasi həllə qaytarılmasında ABŞ konstruktiv və məsuliyyətli rol oynamalıdır.
“Böyük ölkələr beynəlxalq qaynar nöqtələrlə bağlı məsələlərlə məşğul olarkən obyektivliyə və ədalətə riayət etməli, sakitliyi və təmkinliliyi qorumalı və beynəlxalq hüququn qorunmasında liderlik etməlidir”, - Vanq vurğulayıb.
Çinin xarici işlər naziri əlavə edib ki, Pekin geniş konsensusu təşviq etmək üçün mümkün qədər tez beynəlxalq sülh toplantısı çağırmağın tərəfdarıdır:
“Fələstin problemindən əsas çıxış yolu iki dövlətli həllin həyata keçirilməsidir”.
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” vurdu, sayılmadı - Canlı-Yenilənir
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video