İndi məqsəd Zəngəzur dəhlizidir - Uraloğlu

23:26 - 14 Oktyabr 2023 - GÜNDƏM

 İndi məqsəd Zəngəzur dəhlizidir - Uraloğlu

Bakı-Tiflis-Qars xətti ilə Türkiyədən Avropanın bir çox nöqtəsinə, o cümlədən qərbdə Bolqarıstan, Macarıstan, Almaniya, Avstriya, Polşa, Rumıniya, Çexiya, Slovakiya, Serbiya və Fransaya, Şərqdə İran, Əfqanıstan və Pakistana, şimalda Rusiyaya, Asiyada Gürcüstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Çinə yük qatarları göndərilir.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdulqədir Uraloğlu deyib.

Nazir qeyd edib ki, indi məqsəd Zəngəzur dəhlizi və “İnkişaf yolu” layihələri ilə iki yeni beynəlxalq xətti həyata keçirməkdir:

"Bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi bütün Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək".

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol