Rəqib güclü komandadır, bizi çətin oyun gözləyir.
BUTA.TV xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi “Avro 2024”ün seçmə mərhələsində evdə Avstriya yığmasına qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis bildirib:
"Rəqibi yaxşı analiz etmişik. Onlar modern futbol oynayırlar. Avstriyanın bir neçə əsas oyunçusu bu matçda meydanda olmayacaq. Buna baxmayaraq, yenə də güclü komandadır. Onların Belçikaya məğlubiyyəti aldadıcı ola bilər. Bu rəqiblə səfərdəki qarşılaşmada fərqli nəticə gözləyirdim, amma 1:4 uduzduq. Son 14 matçda 7 qələbə qazanmışıq. Biz də komanda kimi inkişaf edirik. Sabah da yaxşı nəticə üçün çalışacağıq".
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Avstriya matçı saat 20:00-da başlayacaq.
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır