Prezidentin Bakıda “çayları verilir” dediyi şəxslər – Siyahı

10:28 - 16 Oktyabr 2023 - GÜNDƏM

 Prezidentin Bakıda “çayları verilir” dediyi şəxslər – Siyahı

Xəbər verdiyimiz kimi, ötən gün – 15 oktyabrda Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaldıb və çıxış edib.

BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanı hədələyən separatçılardan da danışıb.

- Bu binada (Xankəndidə separatçıbaşıların qərargah kimi istifadə etdiyi, ötən gün önündə Bayrağımızın qaldırıldığı bina – red.) ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi.

- Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir”.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Qeyd edək ki, özünü “prezident” adlandıran 3 təlxək – Bako Saakyan, Robert Qukasyan və Araik Arutyunyan, “baş nazir” (“dövlət naziri”) olduğunu iddia edən şəxs Ruben Vardanyan, “xarici işlər naziri vəzifəsini daşımış” separatçı isə Davit Babayandır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol