Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmayan şəxsin axtarışlarına başlanılıb.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, 11 oktyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Sərdar Saleh oğlu Bayramovun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb.
Bununla yanaşı, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsidə axtarış işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır