Müğənni Əli Mirəliyev ötən gün qətlə yetirilən həmkarı Yaqut Nəriman (Həşimova) haqqında bəzi fikirlər səsləndirib.
“BUTA.TV” xəbər verir ki, "Bizimləsən" verilişinin efirinə zəng vuran Ə.Mirəliyev mərhum Y.Nərimanın həyat tərzi ilə bağlı xoşagəlməz fikirlərini dilə gətirib. Ə.Mirəliyev müğənninin dəfələrlə içkili halda ona zəng etdiyini iddia edib.
Əli Mirəliyevin ötən gün verdiyi bu açıqlaması studiyada, eləcə də cəmiyyətdə birmənalı qarşılanmayıb. Verilişdə ekspert qismində iştirak edənlər onun bu söhbətini yersiz adlandıraraq ifaçını tənqid ediblər. Həmçinin sosial şəbəkələrdə Ə.Mirəliyevin danışıq tərzi və fikirləri ilə bağlı tənqidi rəylər yazılıb.
Bu gün Əli Mirəliyev başqa verilişin efirinə qoşularaq Yaqut Nərimanın anasından üzr istəyib. O əsəbi olduğunu, düşünmədən xoş olmayan ifadələr işlətdiyini desə də, Yaqut Nərimanın anası Əli Mirəliyevi bağışlamadığını, üstəlik, Əli Mirəliyevin Yaquta pul borclu olduğunu bildirib.
Qeyd edək ki, Yaqut Nəriman adı ilə tanınan müğənni Yaqut Həşimova dünən Nizami rayonu ərazisində bıçaqlanaraq öldürülüb, hadisə ilə bağlı onun həyat yoldaşı Anar Həşimov şübhəli şəxs qismində saxlanılıb. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
- Azərbaycanlı jurnalistlə müsahibəyə görə erməni kanalı bağlandı - Video
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...