Külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin ("Mahir Ay Brat") cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses oktyabrın 31-nə təyin edilib. İş hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdıracaq.
Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib. Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
- Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
- Neftçalada GES tikintisinə icazə alınması müddəti uzadıldı
- Ermənilər Misir Mərdanovun Dilicandakı ata evindən yazdı
- Yağış yağacaq, temperatur 7 dərəcə enəcək – Xəbərdarlıq
- Azərbaycan və Türkiyə daha bir protokol imzaladı
- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi
- Azərbaycanlı şahmatçı Maqnus Karlseni məğlub etdi - Video - Fotolar