“Bank BTB“ 1 milyon manata yaxın zərər edib

09:23 - 19 Oktyabr 2023 - İQTİSADİYYAT

 “Bank BTB“ 1 milyon manata yaxın zərər edib

"Bank BTB" 2023-cü ilin III rübünü 987 min manat xalis zərərlə başa vurub.  

“Yeni Sabah”ın hesablamasına görə, bu ötən ilin eyni dövrünə nisbətən 83% azdır. Belə ki, 2022-ci ilin eyni dövründə bank 5,7 milyon manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə bankın faiz gəlirləri 12% artaraq 22,4 milyon manat, faiz xərcləri isə 14.4% artaraq 14,8 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3,4 milyon manata ( illik müqayisədə 11.5% az ), qeyri-faiz xərcləri isə 9,8 milyon manata ( illik müqayisədə 9.1% az ) bərabər olub. Beləliklə, bank bu dövrdə 1,89 milyon manat əməliyyat mənfəəti əldə edib.

Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 0,7% və ya 2,5 milyon manat artaraq 376,76 milyon manata yüksəlib. Cari ilin ilk 9 ayında "Bank BTB"nun kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) 4.1% və ya 11 milyon manat artaraq 276,86 milyon manata çatıb.

Bu dövrdə” "Bank BTB"nin cəmi öhdəlikləri 327,5 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1% və ya 3,3 milyon manat çoxdur. Bankın depozit portfeli(müştərilərin depozitləri) isə əksinə, cari ilin ilk 9 ayında 7,5% və ya 11,9 milyon manat azalaraq 147,3 milyon manata enib.

2023-cü il oktyabr ayının 1-nə həmçinin, "Bank BTB"nin cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1.7% və ya 832 min manat azalaraq 49,2 milyon manata düşüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol