Azərbaycan Respublikası dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə üzrə zəruri tədbirlər dаvаm еtdirilir.
Bu barədə BUTA.TV-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sentyabr ayının 28-29-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində, Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Keçirilən tədbirlər nəticəsində Şirvanlı kəndi istiqamətində və Salyan reydində sənayə üsullu lövbərə bağlanılmış 2 ədəd kisədə ümumi çəkisi 21 kiloqram 660 qram оlаn nаrkоtik mаddə marixuana аşkаr olunub.
Oktyabr ayının 15-də Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına tütün məmulatlarının gətirilməsinin qarşısı alınıb və keçirilmiş tədbirlər nəticəsində Ələt reydində “Orta Daş” adası istiqamətində ümumillikdə 71 ədəd bağlamada (21300 ədəd “Marlboro”, 21800 ədəd “Kent”, 8798 ədəd “Parlament”, 17270 ədəd “Milano”) 69 168 ədəd siqaret aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
- Bitkoin kəskin ucuzlaşdı
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
- “Burada müdafiəlik nə var ki?” - AYNA sədrinin müavini 20 min manat maaşdan danışdı
- Hacı Nuranın yenidən səhhətində problem yarandı
- Xankəndidə hazırda nə qədər erməni yaşayır?
- İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...
- İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...