Əməkdar artist Firuz Səxavətə vəzifə verilib.
Kult.az xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. F.Səxavət bildirib ki, o, Ağdam musiqi kollecinin direktoru vəzifəsinə təyin olunduğu üçün Ağdam şəhərinə köçüb:
“Ağdam musiqi kollecinin direktoru vəzifəsinə təyin olunandan sonra Ağdam şəhərinə köçmüşəm. Artıq üç aydır ki, oradayam. Məni bundan sonra yalnız şənbə və bazar günləri efirlərdə görə bilərsiniz. Amma digər qalan günlərdə təyinat və işimlə bağl Ağdamda oluram. Biz həqiqətən də gözəl günlər yaşayırıq. Azərbaycanımızın bütövlüyünü yaşayırıq. Allah xalqımızın başına birdə qara buludları gətirməsin.
200 ildir ki, biz görmədiyimiz anları indi yaşayırıq. Cənab Prezidentimizin dəmir yumruğu hesabına və şəhidlərimizin qanı-canı bahasına torpaqlarımıza qovuşduq. Bizim milli musiqi kollecimizdə qaçqın idi. Rayondan çıxmışdıq, Bərdədə yerləşirdik. Sonra geri dönüb rayonun bir küncünə yerləşmişdik.
Hazırda kollecimizin 400 tələbəsi var. İnanıram ki, tələbələrimizin sayı getdikcə çoxalacaq. Ağdamda musiqimiz canlanacaq. Ora bizim savadlı və gözəl mütəxəssislərimizi dəvət edəcəyik. Gələcəklə bağlı çox sayda planlarımız var”.
- Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı