İran “Karrar”ı “hava-hava” raketi ilə təchiz etdi

21:46 - 22 Oktyabr 2023 - GÜNDƏM

 İran “Karrar”ı “hava-hava” raketi ilə təchiz etdi

İranlı mütəxəssislər yerli istehsal olan “yer-hava” raketini “Karrar” reaktiv pilotsuz təyyarəsi üçün uyğunlaşdırıblar.

BUTA.TV xəbər verir ki, bu barədə İran ordusunun Hava Hücumundan Müdafiə qüvvələrinin komandanı, briqada generalı Əlirza Səbahifərd deyib.

General bildirib ki, qoşunlar pilotsuz uçuş aparatını 8 kilometr mənzilli termo “hava-hava” raketi ilə təchiz edə bilib.

Onun sözlərinə görə, il yarımlıq araşdırma və sınaqdan sonra hava hücumundan müdafiə mütəxəssisləri “yer-hava” tipli raketdə bir sıra texniki dəyişikliklər ediblər. Belə ki, "Məcid” raketi havadan atılan raketə çevrilib.

Qeyd edək ki, “Karrar” 47 min fut hündürlüyə çataraq, rekord vuran ilk İran hərbi pilotsuz təyyarəsidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol