ABŞ Prezidenti Co Bayden administrasiyası İsrailə təzyiq edərək, onu Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salmağa çağırır.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, cümə günü HƏMAS əsirliyindən iki qadının azad edilməsi qalan girovların azad edilməsinə nail olmaq şansının olduğunu göstərir:
"Fələstin qrupu ilə yaxşı münasibətləri olan Qətər girovların azad edilməsi ilə bağlı Həmas ilə danışıqlarda vasitəçi kimi çıxış edir.Bu danışıqlarda, xüsusən də Qəzzaya təcili ehtiyac duyulan humanitar yardımın axını və girovların çıxarılması üçün müvəqqəti atəşkəsin zəruriliyi məsələsi qaldırılıb".
Lakin İsrail rəhbərliyindəki mənbələr, əksinə, bu məlumatı təkzib edir:
"ABŞ administrasiyası ilə sıx dialoq və məsləhətləşmələrimiz var. ABŞ quru əməliyyatları ilə bağlı İsrailə təzyiq etmir".
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti