Bakıdakı Hərbi Qənimətlər Parkına yeni hərbi texnika gətirilib.
BUTA.TV-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, bu günlərdə Hərbi Qənimətlər Parkına yeni BMP (piyadaların döyüş maşını) daxil olub. Bu texnika Azərbaycan Ordusu tərəfindən sentyabrın 19-da keçirilən və bir sutkaya yaxın davam edən antiterror tədbirləri nəticəsində ələ keçirilib.
Xatırladaq ki, antiterror tədbirlərindən sonra Hərbi Qənimətlər Parkına “T-72” tankı gətirilmişdi. BMP isə Hərbi Qənimətlər Parkına gətirilmiş sayca ikinci hərbi texnikadır.
Hazırda həmin texnikalar Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur.
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti