Özünü buraxmış qondarma “Artsaxın keçmiş dövlət naziri” Artak Beqlaryan Ermənistanda matəm olunmasını təklif edib.
BUTA.TV-nin məlumatına görə, Beqlaryan sosial şəbəkə hesabında bildirib ki, Qarabağdakı antiterror tədbirlərində ölənlərin, ermənilərin Qarabağdan köçməsinin və Xankəndidəki yanacaq anbarında baş vermiş partlayış qurbanlarının xatirəsinə matəm elan edilməliydi.
Onun sözlərinə görə, 500-ə yaxın insanın öldüyü hadisələr ümummilli matəm üçün əsas olmasa da, hakimiyyətin olaylara ideoloji münasibətini nümayiş etdirə bilər.
“Oktyabrın 29-nu müharibənin başlanmasının 40-cı günündə matəm elan etmək üçün son fürsəti hesab edərdim ki, bu, mənim fikrimcə, ən azı üç gün olmalıdır”, - Beqlaryan bildirib.
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti