Xocalı soyqırımının, erməni terrorunun məşhur ideoloqlarından biri, "Qarabağın Ermənistana birləşdirilməsi" kimi avantürist, separatçı hərəkatın və "artsaxın" ideoloji banisi, "yazıçı" Zori Balayanın ağır xəstə olduğu barədə məlumat yayılıb.
BUTA.TV erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə onun oğlu Hayk Balayan deyib. “Atam İrəvandadır, ağır xəstədir, yaddaşında problem var”.
Ermənistan mənbələrinin məlumatına görə, 80-ci illədə Qarabağda separatçılığın alovlanmasında xüsusi rol oynamış 88 yaşlı Zori Balayanı ailəsi mətbuat önünə çıxarmaq istəmir.
Qeyd edək ki, Xankəndi şəhərində anadan olmuş Z.Balayan Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüsksarlaından və “Miatsum” (“birləşmə”) şüarının müəlliflərindən biridir. O, 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Bu kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.
1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməyi istəmişdi. Erməni yazar İqor Muradyan bir dəfə onun haqqında demişdi ki, İrəvanda çoxları Zori Balayanı avantürist hesab edirdi, çünki o, adi hadisələri tarixi əhəmiyyət kəsb edən kimi təqdim etməkdə “xüsusi qabiliyyətə” malikdir. O, həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.
Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınmışdı. Bununla əlaqədar, Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.
2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanılmış, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılmışdı.
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…