Rusiyalı müğənni Alla Puqaçova övladları ilə İsraili tərk etdikdən sonra yoxa çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” anonim mənbələrə istinadən məlumat yayıb. Bəzi versiyalara görə, Puqaçova və uşaqları Kiprə gedib. Lakin o, uzun müddətdir dostları və qohumları ilə əlaqə saxlamır.
Digərləri isə onun uşaqları Liza və Harri ilə birlikdə ABŞ-a getdiyini istisna etmir:
“Alla Mayamiyə də gedə bilər. Müğənninin Mayamidə mənzili var. İsrail vətəndaşlığı artıq ABŞ-a vizasız giriş hüququ verir, Təl-Əvivdən uçuşlar həyata keçirilir. Bundan əlavə, Liza və Harri ingiliscə danışırlar. Onlar təhsillərini orada davam etdirə bilərlər”.
Qeyd olunur ki, divanın qəfil yoxa çıxmasına görə onun yaxınları narahatlıq keçirir:
“İsraili tərk etdikdən sonra bir neçə gündür ki, müğənnini heç kim görməyib. Təbii ki, Puqaçova və övladları İsraildə deyil. Amma onların Kiprdə olması barədə də məlumat yoxdur. Puqaçova dostlarının mesajlarına belə cavab vermir. Ola bilsin ki, o, əsl yerinin ictimaiyyətə məlum olmasını istəmir”.
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar