Fransa erməni xüsusi təyinatlılarına təlim keçəcək

15:22 - 24 Oktyabr 2023 - GÜNDƏM

 Fransa erməni xüsusi təyinatlılarına təlim keçəcək

Fransa Ermənistana hərbi müşavir göndərəcək və erməni xüsusi təyinatlılarına təlim keçəcək.

BUTA.TV xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.

Nazir tərəflərin artıq əməkdaşlığa başladığı və ya başlamaq niyyətində olduğu proqram və sahələri də sadalayıb:

“2023-cü ilin yanvarında Fransa respublikanın Ermənistandakı səfirliyinə hərbi attaşe təyin edib”.

O, çavuş və zabit kadrları hazırlayan hərbi təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətdən də söhbət açıb. Lekornu Ermənistan ordusunun xüsusi təyinatlı dəstələrinin hazırlığına, xüsusən də yüksək dağ şəraitində döyüş əməliyyatlarının aparılmasına xüsusi diqqət yetirib. Erməni snayperləri də yenidən hazırlıq keçəcəklər.

Fransalı nazir Ermənistana üç GM200 radarının tədarükü ilə bağlı saziş, “Mistral” sistemlərinin gələcək tədarükü ilə bağlı isə anlaşma memorandumunun imzalandığını xatırladıb. Fransa tərəfi Ermənistan ordusunun yerüstü hava hücumundan müdafiəsinin auditini aparmaq niyyətindədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol