"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler digər qonaqlarla birgə təlimdə iştirak edən bir qrup hərbi qulluqçu ilə görüşüblər.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib. Ümumilikdə, təlimin gedişatını yüksək qiymətləndirən müdafiə nazirləri hər iki qardaş ölkənin təlimdə fərqlənən hərbi qulluqçularına qiymətli hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi 25 oktyabr tarixində başa çatacaq.
- Yenidən Ermənistanın baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş