"Bizim bəzi müğənnilərimiz düşük, təlxək, yaltaq, yüngüldürlər, 5 manat artıq pul versinlər, görün nə hoqqadan çıxırlar".
Bu fikirləri bəzi sənətçi həmkarlarının yolverilməz davranışlarından danışan opera müğənnisi Ülvi Qılınc açıqlamasında deyib. O, səsləndirdiyi qalmaqallı fikirləri ilə şou-biznes aləmində sükutu pozub:
"Bizim bəzi müğənnilər düşük, təlxək, yaltaq, yüngüldürlər, 5 manat artıq pul versinlər, görün nə hoqqadan çıxırlar. Onları stolun üstünə çıxarıb rəqs etdirirlər, stolun altında oynadırlar. Özüm dəfələrlə bunun şahidi olmuşam.
Xalq artistləri olub ki, dalına bir təpik vurublar. Bir bağ var idi, bütün müğənniləri o bağa yığıb, istədikləri kimi oynadıblar, hətta yerə uzadıblar. Deyiblər, "müəllim" belə istəyir. Aralarında Xalq artistləri də olub.
Təəssüf ki, bu gün sənət aləmini o biri aləmlə - Amsterdamın bir küçəsi var e, ora ilə qarışdırıblar. Ona görə də bu müğənnilərin hörməti olmur. Nə qədər ki həqiqi sənətkarlar ortaya çıxmayacaq, müğənnilərə də hörmətlə yanaşmayacaqlar".
- Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı