Azərbaycan Respublikası Mərkəzi Bankı pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumatı ictimaiyyətə 2023-cü il noyabr ayının 1-də açıqlayacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir. 2023-cü ilin əvvəlində faizlərini artıran Mərkəzi Bank son 3 iclasında onları dəyişməz saxlayıb. Mərkəzi Bankın faizlərini dəyişməz saxlamasının səbəbi illik inflyasiya tempinin azalmaqda davam etməsidir.
2022-i ilin əvvəlində uçot dərəcəsi 7.50% səviyyəsində idi. İl ərzində uçot dərəcəsi bir neçə dəfə artırılaraq 8.25%-ə, 2023-cü ilin ilk 5 ayında da bir neçə dəfə artırılaraq 9.00%-ə çatdırılıb. Azərbaycan Mərkəzi Bankı bu il sonuncu dəfə faizlərini may ayında artırıb, iyun, iyul və sentyabr iclaslarında fasilə verib.
2022-ci ilin sentyabr ayında illik inflyasiyanın tempi 15,6%-ə çatmışdı. Dövlət Statistika Komitəsinin məlumatına görə illik (12 aylıq) inflyasiya düşməkdə davam edir. İllik inflyasiyanın sürəti avqustdakı 8%-dən sentyabrda 5,1 %-ə düşüb. İnflyasiya yavaşladığından və tənzimləyicinin hədəfi aralığında (2%-6% civarı) olduğundan Mərkəzi Bankın faizlərini bu dəfə də dəyişməz saxlayacağı ehtimalı yüksəkdir.
Bəs Mərkəzi Bank bu həftə hansı mühüm qərarlarla ictimaiyyət qarşısına çıxacaq?
Bu barədə Referans.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi tərəfindən çox əhəmiyyətli işlər görülür:
"Faiz dərəcələri bu gün 9 faiz qoyulub, bu normalıdr. Amma gələn ilin proqnozunda inflyasiynın 5,3 faiz olacağı gözlənilir. Bu böyük inflyasiya deyil. Bir rəqəmli inflyasiya normaldır. Amma biz büdcəni qəbul edənədə 9 faizə yaxın nəzərdə tutulurdu. Yəni bu hesablamalar var. Statistika Komitəsindən başqa İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankın özünün də alternativ hesablamaları var".
Deputat qeyd edib ki, müəyyən qədər faizlər aşağı düşməlidir. Onun sözlərinə görə, həm kredit qoyuluşundakı bəzi məsələləri, həm də qiymət siyasətinə öz təsirini göstərəcək: "Əgər inflyasiya aşağıdırsa, o zaman məhsul qiymətlərinin enməsi inanmıram ki, müşahidə olunsun. Amma stabilləşmə gedərsə, bu özü də böyük nailiyyətdir".
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Xalid Kərimli Referans.az-a bildirib ki, Mərkəzi Bankın növbəti iclasında 3 mümkün ssenari var:
“Mərkəzi Bank son 4 ayda faizi sabit saxladığını əsaslandıranda inflyasiyanın aşağı düşməsini əsas götürür. Yəni inflyasiya tempi zəifləyir, buna görə də faiz dərəclərini qaldırmağa ehtiyac duyulur. Birincisi növbəti iclasda verilə biləcək qərarlardan biri faiz dərəclərinin aşağı salınması ola bilər. İkincisi faiz dərəcəsinin son 4 ayda olduğu kimi saxlanılma ehtimalı. Üçüncüsü isə faiz dərəcələrinin artırılmasıdır. Ötən ayın statistikasına baxanda inflyasiyanın 0,6 faiz artdığını görərik. Əgər bu arqumentdə əsas götürsək ki, Mərkəzi Bank son faiz dərəcəsi siyasətində inflyasiyanın aşağı düşməsinə görə faiz dərəcəsini sabit saxlayıb artırmayıb”.
İqtisadçı qeyd edib ki, sentyabr ayının inflyasiyası açıqlanıb, onda bir qədər artım var. onun sözlərinə görə Mərkəzi Bank əgər siyasətdə ardıcıllığı nümayiş etdirərsə, məntiqə uyğundur ki, faiz dərəcələrini artırsınlar: “Məntiqlə faiz dərəcəsini artırmalıdırlar, amma stabil də saxlaya bilərlər. İnflyasiyanın aşağı düşməsi bir qədər də sezon faktorları ilə əlaqədar idi. Məyvə-tərəvəz qiymətləri aşağı düşürdü, amma indi tədricən meyvə-tərəvəz qiymətləri də qalxır”.
Ümumiyyətlə, Mərkəzi Bank mümkün tədbirlərə əl atır, manatın nominal məzənnəsi artır. Amma hökumətin inhisarçı qurumlar üzərində nəzarəti bir qədər artırması məqsədəuyğun olardı. Bazarda rəqabət mühiti yaxşı olmadığına görə qiymətləri bu formada idarə edə bilirlər – deyə Xalid Kərimli əlavə edib.
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış