ABŞ-da donuz ürəyi köçürülən 58 yaşlı Lourens Fosett adlı şəxs ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə Merilənd Universitetinin Tibb Mərkəzi məlumat yayıb.
“Fosett sentyabrın 20-də əməliyyat keçirmişdi və cəmi 6 həftə yaşaya bildi”, - məlumatda qeyd olunub.
Məlumata görə, xəstə sentyabrın 14-də ürək çatışmazlığı diaqnozu ilə tibbi mərkəzə müraciət edib. Həkimlər bildiriblər ki, bir sıra kəskin xəstəliklərin yaratdığı məhdudiyyətlər səbəbindən ona ənənəvi üsullarla ürək transplantasiyası mümkün deyil. Belə olan təqdirdə sentyabrın 15-də ABŞ-ın Qida və Dərman Vasitələrinə Nəzarət İdarəsi xəstənin ömrünü uzatmaq üçün əməliyyata təcili icazə verib.
Universitetdən bildirilib ki, əməliyyatdan sonra 1 ay ərzndə ürək normal işləyib. Xəstə fizioterapiya kursu keçib və yenidən yeriməyə başlayıb. Lakin son günlər həkimlər onda ürəyin işləməkdən imtina etməsi əlamətlərini görüblər ki, bu da sonra ölümə gətirib çıxarıb.
Qeyd edək ki, Lourens Fosett dünyada donuz ürəyi köçürülən ikinci şəxsdir. 2022-ci ilin yanvarın 7-də Devid Bennet adlı şəxs geni modifikasiya edilmiş donuz ürəyinin köçürülməsindən iki ay sonra vəfat etmişdi.
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
- Putinin köməkçisi Bakıda: Belə razılaşma hər ölkədə yoxdur - Video