İlahiyyatçı Təyyar Hüseynlinin siğə haqda verdiyi açıqlama son günlər müzakirələrə səbəb olub. Bunu haram sayanlar da var, normal hesab edənlər də.
Ümumiyyətlə, siğə nədir, onun İslam dini ilə əlaqəsi varmı? Mövzu ilə bağlı Globalinfo.az-a danışan ilahiyyatçı Əkbər Həsənov deyib ki, siğə cahiliyyə dövründə (insanların peyğəmbərsiz yaşadığı dövr-red.) nikah növlərindən biri sayılıb. O bildirib ki, əslində, siğə 6-7-ci əsrlərə aiddir:
“Hədisdə də siğənin cahiliyyə nikahlarından biri olduğu qeyd edilir. Əvvəlki dövrlərdə bu, halal yox, icazəli sayılıb. Çünki o zaman insanlar barbar kimi həyat tərzi keçirirdilər, müharibələrdə olurdular və.s. Ona görə də buna icazə verilirdi. Amma daha sonra Allah Rəsulu (s.a.s) siğəni haram buyurdu. Bu da o deməkdir ki, dinimizdə belə bir şey yoxdur. Bunu İslamla əlaqələndirmək, 1400 il əvvəl yaşanmış bir hadisəni təbliğ etmək olmaz”.
İlahiyyatçı deyib ki, Peyğəmbərimiz (s.a.s) də siğənin cahiliyyə dövrünə aid olduğunu bildirib:
“Hz.Əli də siğənin qadağan edildiyini və İslamda belə bir anlayışın olmadığını deyib. Lakin rafizilər, İran-Fars meylli mollalar siğəni sanki bir halal nikah növü kimi təqdim edirlər. Üzr istəyirəm, hətta yüngül həyat tərzi keçirən xanımlar var ki, həmin mollalar onlarla siğə edib, guya halalıdır kimi görüşürlər. Bu, haramdır və belə bir şey yoxdur! Ümumiyyətlə, dinimizdə müvəqqəti nikah anlayışı yoxdur!” Dində yalnız evlənmək var! Bundan kənarda qadınla kişinin münasibəti zina hesab edilir və haram buyurulur. Bunun həm bu dünyada, həm axirətdə böyük cəzasının olduğuna dair ayələr, hədislər var”.
- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
- Ölkənin Ali Məclisində yeni komissiyalar yaradılacaq
- Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan