Xorvat nazir üzr istəmək zorunda qaldı
Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 3-də Ermənistanda 4-də isə Azərbaycanda səfərdə oldu. Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar apardı.
İrəvanda isti qarşılanan alman nazir Bakıda təpki ilə üzləşdi. Belə ki, Ceyhun Bayramov alman həmkarına iradlarını mətbuat konfransında dilə gətirdi. Xanım nazir İrəvanda Qarabağı tərk etmiş ermənilər ilə görüşsə də Qarabağdan köçkün düşmüş soydaşlarımızla görüşməyi özünə rəva bilmədi. Üstəlik, Azərbaycanın yer adlarını erməni variantında dilə gətirdi. İsrailin öz təhlükəsizliyini təmin etmək haqqı var, deyən nazir vurğuladı ki, Qarabağ məsələsi başqadır. Təbii ki, Qərbin ikili standartlarına nümunə ola biləcək bu kimi absurd bəyanatlar cavabsız qalmadı...
Ancaq Annalena Berbok ən böyük zərbəni Berlində-doğma divarlar arasında almışdı. Özü də Cənubi Qafqaza səfərdən cəmi 1 gün öncə. Belə ki, ötən çərşənbə axşamı Berlində Avropa İttifaqına daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilirdi. Həmin görüşdə baş verən bir olay geniş rezonans doğurdu. Bəli, söhbət Qərbdə böyük bir skandala səbəb olan o öpüşdən gedir.
Xorvatiyanın 65 yaşlı xarici işlər naziri Gordan Grlic-Radman Almaniyanın 42 yaşlı nazirin öncə əlini sıxıb, daha sonra isə onun yanağından öpmək istəyib. Bəzi mənbələr isə deyir ki, xorvat alman qadının dodağından öpmək istəyirmiş. Xanım nazir cəld tərpənərək vəziyyətfən qismən sovuşub. Nəticədə qəfil bir öpüşlə alman nazir çıxılmaz vəziyyətə düşərək pərt olub. Həmin anı əks etdirən foto və video görüntüləri sizlərə təqdim edirik.
Baş verən olaydan sonra ictimai qınaqla üzləşən xorvat nazir üzr istəməli olub.
İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
“Problemin nə olduğunu bilmirəm... Həmişə bir-birimizlə səmimi salamlaşırıq. Bu, həmkarına isti insani yanaşmadır”, - deyə xorvat nazir jurnalistlətə bildirib.
Xorvatiya mediasına görə, cənab Radman "Bəlkə də yöndəmsiz bir hərəkət oldu", deyib.
"Əgər kimsə orada pis bir şey görübsə, o zaman bu hərəkəti pis başa düşənlərdən görə üzr istəyirəm", - deyə Gordan Grlic-Radman üzrxahlıq edib.
Xanım Berbok isə alman mediasının “Kuss-Attacke” – “öpüşmə hücumu” adlandırdığı hadisəni şərh etməyib.
Bu insidentin Qərbdə ciddi səs-küyə səbəb olması təsadüfi deyil. Çünki Qərbdə qadın hüquqlarının müdafiəsi ilə bağlı yüzlərlə təşkilat var. Onlar bu kimi olaylardan istifadə edərək ictimai rəyi qadınlara qarşı yönəlmiş zorakılıq hallarına yönəltməyə çalışırlar.
Elə bugünlərdə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) İntizam Komitəsi İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubialesi üç il müddətinə futbol fəaliyyətindən kənarlaşdırdı.
2023-cü il avqustun 20-də İspaniya millisi Böyük Britaniya komandasına 1:0 hesabı ilə qalib gələrək ilk dəfə qadınlar arasında futbol üzrə dünya çempionatının qalibi oldu. Mükafatlandırma mərasimində Luis Rubiales Cennifer Ermosoya medal taxarkən qadın futbolçunu dodağından öpmüşdü.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?