Qarabağdan Ermənistana qaçan separatçılar Azərbaycana qarşı yeni planlarını işə salmağa hazırlaşır.
BUTA.TV xəbər verir ki, Ermənistan mediası bunu “ikinci plan” adlandırır. Birinci plan olaraq, erməni kilsəsinin qondarma “artsax yeparxiyasını” ləğv etməməsi, fəaliyyətini dəstəkləməsi göstərilir.
“Hraparak” nəşri yazır ki, ikinci addımı separatçıların qondarma “parlamenti” atacaq.
“Bu həftə iclas keçiriləcək. İlk dəfə (qondarma-red) “deputatlar” bir araya toplaşacaq. Artıq onlar Paşinyan hakimiyyətinə tabe olmaq istəmirlər və “artsax” məsələsini bağlamaq niyyətində deyillər”, - nəşr yazır.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Məlumata görə, qondarma “deputatlar” Azərbaycana qarşı separatizmin davam etdirilməsini müzakirə edəcək.
Qeyd edək ki, erməni separatçıların bu və bu kimi addımlarının praktiki olaraq Azərbaycana təhlükə yaratmaq imkanı yoxdur, hərçənd, separatizmin davam etdirilməsi Azərbaycan və Ermənistan arasında sülh məsələsini riskə ata bilər. Separatçıların yenidən hərəkətə keçmək qərarının Xankəndidə hərbi paradın keçirildiyi gün verilməsi də təsadüfi deyil. Çünki artıq Qarabağda erməni separatizminə yer yoxdur və Xankəndində dalğalanan üçrəngli bayrağın altında ordumuzun qələbə yürüşü bunun əyani nümunəsidir. Separatçılar aktivləşməklə ən azı Ermənistanda mövcudluqlarını qorumağa çalışırlar.
- Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı
- Jurnalistikaya qəbul olmaq istəyənlərin nəzərinə!
- Bakının bu rayonunda işıq olmayacaq
- "Hazır qida məhsulları"dan 112 kq narkotik çıxdı - Video
- Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər - Yenilənib
- ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
- İspaniya Mərakeş sərhədinə dənizdə baryer qurdu
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video