Saçlarımız bir çox səbəblərdən, o cümlədən stress, yanlış qulluq vasitələrindən istifadə, yaşın ötməsi və s. səbəblərə görə ağara bilər.
Bu, bəzi insanlarda kompleks və müəyyən narahatlıqlar yaradır. Ancaq xarici amillərin təsirindən ağarmış saçları təbii rənginə qaytarmağın bəzi təbii üsulları da var. Onları təqdim edirik:
Sarımsaq müalicəsi
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Bu üsuldan istifadə etmək üçün beş diş sarımsaq və bir soğanı qabıqlarından ayırıb blenderlə əzin. Sonra qarışığa bir yumurta sarısı və bir xörək qaşığı zeytun yağı əlavə edin. Qarışıq pasta konsistensiyasına çatana qədər qarışdırmağa davam edin. Daha sonra qarışığı quru saçlarınıza çəkin. Bir saat gözlədikdən sonra saçınızı yuyun. Bu üsulu ayda iki dəfə təkrarlaya bilərsiniz.
Qoz qabığı üsulu
Qoz qabığı qidalandırıcı quruluşu ilə saçlarınızı təbii rənginə qaytarmağa kömək edir. Bu üsulla saçlarınızı qidalandırmaq üçün iki stəkan suda üç ədəd qozun qabığını qaynadın. Qaynar sudan qabıqları çıxarın və suya yarım stəkan zeytun yağı əlavə edin. Sonra qarışıma bir çay qaşığı quru maya əlavə edin, saçınıza çəkin və iki saat saçınızda saxlayın. Bu üsulu ayda bir dəfə təkrarlaya bilərsiniz.
Qara çörəkotu
Çörəkotu tərkibindəki sağlam yağla saçlarınızı qoruyacaq. Bu üsul digər üsullardan bir qədər fərqli inkişaf edir. Əvvəlcə bir çay qaşığı çörəkotu toxumunu əzib toz halına salın. Sonra tozları bir kasa qatığa töküb qarışdırın. Qarışığı yeddi gün ərzində hər səhər müntəzəm olaraq istehlak edin. Bu müalicə mədə xəstəliklərini də aradan qaldırır.
Sarıkök
Sarıkökdə olan sağlam komponentlər saçın təbii rəngini uzun müddət saxlamağa kömək edir. Bu üsulla saçları təbii rənginə qaytarmaq üçün iki stəkan su, bir xörək qaşığı çobanyastığı və dörd xörək qaşığı sarıkök tozunu qarışdırın. Sonra bütün maddələrin qarışığını dəmləyin. Süzüldükdən sonra duş qəbul edib saçınızı yaxalamaq üçün həmin sudan istifadə edin. Bu üsulu ayda iki dəfə sınaya bilərsiniz.
Mənbə: Haber Global
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi