Azərbaycanda otellərin qiyməti ucuzlaşacaq

12:16 - 9 Noyabr 2023 - CƏMİYYƏT

 Azərbaycanda otellərin qiyməti ucuzlaşacaq

Gələn ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 % azaldılacaq. 

Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənəd əsasən, söhbət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvanda hotel və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisindən gedir.  Bu, otellərdə ucuzlaşmaya səbəb ola bilərmi?

Sözügedən məsələ ilə bağlı Cebhe.info-ya iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu, regionlarda turizm həyatının canlanmasına, iş yerlərinin açılmasına və turistlərin axınına səbəb olan bir hərəkət olardı:

“Ümid edək ki, bu cür addımlar davamlı olacaq. Azərbaycanda 750-yə yaxın otel və yerləşmə yeri var. Ümumi otaq fondumuz təxminən 27 mindir, 60 minə yaxın isə yataq fondumuz var. Bu, Azərbaycan üçün böyük sayılmır”. 

Bu xəbər hal-hazırda çox oxunur
Şəbnəm Tovuzlu həbs oluna bilər - ŞOK SƏBƏB

Ekspert bildirib ki, bu cür vergi güzəştlərinin 3 il müddətinə nəzərdə tutulması kifayət qədər yaxşı zamanlamadır: 

"Düşünürəm ki, bu cür güzəşt paketlərinin say çeşidi rayonlara görə daha da artırıla bilər. Son nəticədə bu regionda yeni tikinti işlərinin sahibkarlar tərəfindən aparılmasına stimul olacaq. Eyni zamanda, turizm biznesinin və turist axının regionda turist aktivliyinin istər daxili və istər xarici turistlərə yönəlmiş aktivliyin artırılmasına gətirib çıxaracaq. Əgər qarşımızda hədəf olaraq turizmin canlanması və gələcəkdə ölkəyə gələn xarici turistlərin sayının artması durursa, buna doğru addım atılmalıdır.

Xüsusən Dövlət Turizm Agentliyi tərəfindən 2026-ci ilə kimi xarici turistlər 4 milyon, daxili turustlərin sayı isə 6 milyona çatacağı qeyd olunur. Bu saya çatmaq üçün bu və digər təşviqedici metodlardan istifadə olunması çox yerində addımdır. Bunun davamlı olması əlavə olaraq turizmə bir təşviq olacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol