Son zamanlar vətəndaşları narahat edən məsələlərdən biri də bir çox hallarda marketlərin həyata keçirdiyi endirim kampaniyalarından faydalandıqları zaman müşahidə etdikləri “endirim oyunu”dur. Endirimdən yararlanan zaman aydın olur ki, məhsulun istifadə müddəti ya bitib, ya da bitməsinə çox az qalıb.
Bu və ya digər məsələlərlə bağlı qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun Yeniavaz.com-a verdiyi müsahibəni təqdim edirik.
- Bəzən alıcılar məhsul seçimi zamanı xaricdən idxal edilən məhsullara daha çox üstünlük verirlər. Bunu, əsasən, xarici ölkələrdəki yüksək keyfiyyət standartları ilə əlaqələndirirlər. Bu, nə dərəcədə uyğun sayıla bilər?
- Xaricdən idxal olunan məhsullar yerli mallardan heç vaxt keyfiyyətli hesab oluna bilməz. Çünki bizim iqlimdə yetişən meyvə-tərəvəzdən üstün heç bir meyvə-tərəvəz yoxdur. Bu, birmənalı belədir. İkinci məsələdə isə iqtisadi tərəf var, yəni, biz yerli fermerlərə, təsərrüfatçılara üstünlük versək, valyutamız da bizim ölkədə qalar. Bu məsələ iqtisadi və siyasi tərəfdən də düşünülməlidir. Buna görə də, vətəndaşlarımız öz yerli məhsullarımıza üstünlük verməlidirlər, nəinki geni dəyişdirilmiş, hibrid xarici məhsullara. Ən azından bilirik ki, öz məhsullarımız bizim torpaqda yetişir.
- Olur ki, bəzən marketlərdə keyfiyyətsiz məhsulla rastlaşırıq, bu zaman nə etməliyik? Bir məhsulun istifadə müddəti bitməmişdən nə qədər müddət ərzində mağazalardan yığışdırılmalıdır?
- Bununla bağlı AQTA-nın qaynar xəttinə və yaxud Azad İstehlakçılar Birliyinə müraciət etmək olar. Eyni zamanda Qida Təhlükəziliyi Hərəkatının da öz qaynar xətti var, oraya da müraciət etmək mümkündür. Hazırda rəsmi dövlət qurumu AQTA qəbul olunduğu üçün, əgər bu cür keyfiyyətsiz məhsullar aşkar olunarsa, AQTA-nın qaynar xətti daha məqsədəuyğundur. Hər bir məhsulun istehsal və son istifadə tarixi var. Təbii ki, son istifadə tarixi sabah bitirsə, artıq həmin məhsul rəflərdən yığışdırılmalıdır, iadə edilməlidir. Bəzən görürsünüz ki, istifadə tarixinin bitməsinə bir həftə, on gün qalmış qabaqcadan həmin məhsulun yanına əlavə bir məhsul da qoyulub satılır, bu, bəyəniləndir. Bu pis bir şey deyil, çünki onun vaxtının keçməsinə hələ on gün var. Bu cəhətdən sahibkar məcburdur ki, ucuz qiymətə də olsa, məhsulu satsın. Bu, həm də israfçılığın qarşısının alınması üçün düşünülmüş addımdır.
Marketlərdəki endirim kampaniyaları isə marketinq baxımından yanaşanda düşünülmüş bir addımdır. Siz təsəvvür edin ki, bir məhsulun bitməsinə on gün qalırsa və sahibkar onu endirimə salırsa, doğru edir.
- Bazarda, metro çıxışlarında açıq şəkildə satılan məhsullara nəzarət hansı formada həyata keçirilir, yaxud keçirilməlidir?
- Bilirsiniz, metro çıxışlarında olan, məhlə arasında satılan məhsullar əgər yuyulan, risk daşımayan kənd təsərrüfatı məhsullarıdırsa, heç bir problem yoxdur. Əksinə, bu halda marketlərlə rəqabət olur və marketlər də qiyməti aşağı salmış olur. Amma riskli qidalara gəlincə, məsələn, maşının arxasında balıq, rəflərdə normal tempratur olmadan ət və ağartı məhsullarının satılmasını biz pisləyirik. Əgər belə hallar varsa, harada satılmasından asılı olmayaraq, həmin məhsullar soyuducu şəraitində satılmalıdır. Ümumiyyətlə, kənd çolpası adı altında satılan toyuqlar AQTA-nın nəzarətində olmalıdır. Mənşəyi məlum olmalıdır. Çox vaxt metro çıxışlarında, küçədə kənd çolpası adı altında satış edirlər ki, bunların haradan gətirilməsi məlum deyil. Bəlkə, Gürcüstandan Azərbaycana gətirilmiş, hansısa xaricdən idxal edilmiş mənşəyi məlum olmayan plastik (plastik toyuq dedikdə onların qidalandığı yemlərin süni olduğunu nəzərdə tuturam) toyuqlardır?!
- Bəzi Mərkəzi Asiya, Cənub Şərqi Asiya ölkələrində at ətinin satılması qanunidir. Bunun bizim ölkədə nə vaxtsa, leqallaşdırılması mümkündürmü?
- At ətinə gəlincə, bizim milli mentalitetdə at ətindən bişirilən heç bir çeşid yoxdur. 381 çeşiddə dolma kitabının siyahısı çıxdı və o dolmaların içərisində bir dənə də olsun, at əti ilə bişən çeşid yoxdur. At ətinin bu gün bir ferma yaradıb satışına başlanılsa, bununla bağlı heç bir qadağa yoxdur. Kim istəyir alsın və yesin. Amma Azərbaycanda sırf elə bir kontingent yoxdur ki, həmin at ətini alıb-yesin. Bu mənada fermerlər uduza bilərlər.
- Müsəlmanlarda donuz ətinin yeyilməsi doğru sayılmır. Bu cür əsas gətirilir ki, donuz orqanizmində insan səhhətinə zərər verən bakteriyalar mövcuddur. Siz bu barədə necə düşünürsüz?
- Donuzun ətində bakteriya iri buynuzlu və xırda buynuzlulara nisbətən daha çoxdur. Bunu isbatlamaq üçün, məsələn, əgər sizin əliniz kəsik, yaxud yaradırsa, donuzu doğrayıb suyunu və ya ətini yaraya toxundursanız, həmin nahiyə çirk etməyə başlayacaq. Amma qoyunda və ya danada belə deyil. Donuz yediyi hər şeyi, orqanizmində olan ölü hüceyrələri sidik vasitəsilə bayıra atmayan heyvandır. Bu hüceyrələri bədəninə depoladığı üçün onun orqanizmində bakteriya daha çox üstünlük təşkil edir. Buna baxmayaraq, donuz ətinin xüsusi kontingenti var, bir sıra Avropa ölkələrində donuz ətindən reseptlər mövcuddur, ancaq biz müsəlman mədəniyyətinə sahib olduğumuz üçün, həm də milli mətbəximizə uyğun olmadığından donuz əti məqbul sayılmır.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir