İstanbuldakı tarixi Qalata qülləsi Azərbaycanın üçrəngli Dövlət Bayrağı və Xarıbülbül rəsmləri ilə işıqlandırılıb. Təşəbbüs Azərbaycanın Zəfər Gününün ildönümü və Dövlət Bayrağı Günü münasibətilə baş tutub.
BUTA.TV xəbər verir ki, ərazidə olan yerli əhali və turistlərin diqqətini çəkən lazer işıqlandırması bir neçə dəfə təkrarlanıb.
Xatırladaq ki, noyabrın 8-i və 9-u dünyanın ən böyük meqapolislərindən olan İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” və “15 İyul Şəhidləri” körpülərində də Azərbaycan Bayrağının rəngləri həkk olunub.
İşıqlandırılma Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyənin bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.
- ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
- İspaniya Mərakeş sərhədinə dənizdə baryer qurdu
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...
- Səmada iki günəş göründü - Foto
- Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video
- Ombudsmandan beynəlxalq təşkilatlara çağırış...