Ukrayna Prezidenti Vladimir Zelenski qış ərəfəsində enerji sektoruna göstərilən köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə axşam videomüraciətində deyib.
"Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qışdan əvvəl Prezident Əliyevlə razılaşdığımız kimi, bizim enerji sektorumuza lazımi köməklik edildi. Başa düşürük ki, bu qışda çətinliklər əvvəlkindən az olmaya bilər. Biz hazırlaşırıq. Ukraynaya, xalqımıza, enerji sektorumuza dəstək çox vacibdir”, - Zelenski bildirib.
- ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
- İspaniya Mərakeş sərhədinə dənizdə baryer qurdu
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...
- Səmada iki günəş göründü - Foto
- Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video
- Ombudsmandan beynəlxalq təşkilatlara çağırış...