Ermənistan Baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüş Paris Sülh Forumu çərçivəsində baş tutub.
Həmsöhbətlər beynəlxalq ədalət və hüquqla bağlı məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Qeyd edək ki, Ermənistan BMC-nin Roma Statutunu ratifikasiya edib.
17 mart 2023-cü il tarixdə BCM Rusiya lideri Putinin həbsinə order verib. Roma Statutunu ratifikasiya edən ölkələrdə Putinin həbsi mütləqdir.
Martın 20-də isə Rusiya İstintaq Komitəsi BCM-nin prokuroru Kərim Əhməd Xana və daha 3 hakimə qarşı cinayət işi açıb. May ayında Kərim Xan və hakim Rosario Aytala qarşı ittihamlar irəli sürülüb və onlar axtarışa verilib.
- Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?
- Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
- Azərbaycan diaspor rəhbəri barəsində çıxarılan hökm ləğv edildi
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi
- Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
- Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev
- Sandu İlham Əliyevi təbrik etdi