Cəmil Quliyevə “Qızıl nar” mükafatı verildi

13:22 - 11 Noyabr 2023 - GÜNDƏM

 Cəmil Quliyevə “Qızıl nar” mükafatı verildi

Azərbaycan Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev Azərbaycan kinosunun 125 illiyi münasibətilə “Azərbaycan kinematoqrafiyasında xidmətlərinə görə” “Qızıl nar” mükafatı ilə təltif edilib.

Kult.az xəbər verir ki, mükafat Nizami Kino Mərkəzində XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi çərçivəsində ötən gün təqdim edilib..

Həmçinin “Qızıl nar” mükafatına dublyaj sahəsində xidmətlərinə görə əməkdar artist Nəcibə Hüseynova, müəllif kinosunun inkişafındakı xidmətlərinə görə əməkdar incəsənət xadimi, kinorejissor Elçin Musaoğlu layiq görülüblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol