Vətəndaşların banklarda olan depozit gəlirlərinə vergi güzəştlərinin tətbiqinə başlanacaq.
BUTA.TV "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə vətəndaşların əmanətlərindən əldə edilən gəlirlərinə güzəştlər nəzərdə tutulur. Vergidən azad olma iki istiqamətdə həyata keçiriləcək. Deputat bildirib ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən azad olacaq.
Güzəştlərin 2024-cü ilin yanvarın 1-dən tətbiqinə başlanacaq.
“Vergi Məcəlləsində təklif edilən dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasda müzakirə edilərək Parlamentin plenar iclasına tövsiyə edilib”, - deyə deputat əlavə edib.
Daha ətraflı videoda:
- Azərbaycana yay gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava