ABŞ Prezidenti Co Baydenin Çin lideri Si Szinpini “diktator” hesab etməsi ilə bağlı açıqlamaları iki lider arasında San-Fransiskoda başa çatan danışıqların uğurlarını sarsıda bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Agentliyin məlumatına görə, Ağ Ev rəhbərinin açıqlamaları hər iki tərəfin bu günə qədər ən məhsuldar olduğu görüşə kölgə salıb.
“Bu bəyanatlar Çin və ABŞ prezidentləri arasında dörd saatlıq danışıqlar zamanı əldə edilmiş irəliləyişə xələl gətirə bilər. Söhbət narkotiklərin yayılması ilə mübarizə üzrə razılaşmalardan, Pekin və Vaşinqton arasında ən yüksək səviyyədə hərbi təmasların bərpasından və liderlərin hər hansı anlaşılmazlığı aradan qaldırmaq üçün bir-birinə birbaşa zəng edə biləcəyi qarşılıqlı anlaşmadan gedir”, - məlumatda qeyd olunub.
Çin Xarici İşlər Nazirliyi isə ABŞ prezidentinin bəyanatını səhv və məsuliyyətsiz adlandırıb.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Qeyd edək ki, Si Szinpinlə San-Fransisko (Kaliforniya) ətrafındakı Filoli malikanəsində keçirilən görüşdən sonra jurnalistlər Baydendən əvvəllər olduğu kimi Çin liderini diktator adlandırmağa hazır olub-olmadığını soruşublar. Bayden isə cavabında deyib ki, Szinpin elə diktatordur, çünki o, ABŞ-dan tamamilə fərqli idarəetmə formasına əsaslanan bir ölkəyə rəhbərlik edir.
- Əli Əsədov yeni qərar imzaladı
- Qeyri-çimərlik ərazilərdə 40 nəfərin meyiti çıxarıldı
- Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü
- FHN-in növbəti yanğın-taktiki təlimi - Foto
- Öncə arvadını sonra özünü bıçaqladı - Kişi öldü, qadın sağdır
- Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri oldu - Yenilənib
- “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...”
- Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır