FED-in faiz artırması sona çatdığı proqnozu ilə səhmlər bahalaşır və dollar dəyər itirir.
ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrində ən yüksək səviyyəyə çatması fikri, bu həftə də bazarlarda hakim mövzu olmaqda davam edir. BUTA.TV xəbər verir ki, birjalar həftəyə müsbət başlasa da, dollar dəyər itirir. Yaponiyanın Nikkei 225 fond indeksi bu səhər 33 ilin ən yüksək səviyyəsini sınaqdan keçirib. Hong Kong Hang Seng və China CSI 300-ün yüksəlməsi nəticəsində MSCI Asia Pacific Index son iki ayın ən yüksək səviyyəsində bağlanmağa hazırlaşır.
Cümə günü 4500 bəndi keçən S&P 500-də fyuçerslər düz tendensiyadadır.
Dollar inkişaf etmiş ölkələrin valyutaları qarşısında dəyər itirir. Cümə günü 0,4 faiz ucuzlaşan Bloomberg Dollar İndeksi bu səhər 0,2 faiz ucuzlaşıb və 1242-yə düşüb. Dollar İndiksi isə 0,23% düşərək 103.68-ə geriləyib. İnkişaf etməkdə olan ölkələrin valyutalarının dollar qarşısında performansını ölçən MSCI EM FX İndeksi fevral ayından bəri ən yüksək səviyyəyə çatıb.
Çin Xalq Bankı gündəlik istinad məzənnəsini artırdıqdan sonra ofşor yuan avqust ayından bəri dollar qarşısında ən güclü səviyyəsinə çatıb. ABŞ istiqrazlarının gəlirləri də yüksək risk iştahı səbəbindən azalır. 10 illik istiqrazlar üzrə gəlirlilik 4,445 faizdir.
"Pacific Investment Management Company", Yaponiya Mərkəzi Bankının pul siyasətini sərtləşdirmək üçün daha çox təzyiqlə üzləşəcəyi səbəbiylə yen almağa başladığını açıqlayıb.
- Ceyhun Bayramov Keniyaya yola düşdü
- Qərbi Azərbaycan yaradıla bilər - Krılov
- Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya
- 28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan
- İlham Əliyevdən millinin qələbəsinə reaksiya - Foto
- Rusiya niyə atəşkəsdən qorxur?
- Rusiya və Ukrayna razılaşdı: 6 min cəsəd təhvil veriləcək
- Qarabağda yaralar sürətlə sağalır, biz də... - Ərdoğan