Ermənilərə ən böyük zərəri Ermənistanı təxribata yönləndirənlər və müharibədən qazanc əldə edənlər vurdu. Qərb ölkələrindən göndərilən heç bir silah sabit dünyanı əvəz edə bilməz.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants Feysbuk səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını şərh edərkən yazıb.
“Müəllifi Ərdoğan olsa belə, bunlar doğru sözlərdir. Nə Şimaldan, nə də Qərbdən “xilaskar” ola bilər. İrəvanın dövlətçiliyi ilk növbədə Ermənistan-Rusiya və Ermənistan-Türkiyə münasibətlərinin keyfiyyətindən asılıdır”, - o bildirib.
Qeyd edək ki, Ərdoğan Ermənistana səslənərək, Azərbaycanla sülh bağlamağa çağırıb. O vurğulayıb ki, İrəvan təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıqda axtarmalıdır.
- İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub - Həyəcan təbili
- AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?