İrəvan və Bakının birbaşa dialoqa başlaması və problemləri Cənubi Qafqaz regionunun xeyrinə həll etməsi vacibdir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
"Digər ölkələr də tərəflər arasında aparılan danışıqlara öz dəstəklərini təklif edirlər. Biz uzunmüddətli sülhə nail olmaq üçün birbaşa danışıqları vacib hesab edirik", - Miller bildirib.
Onun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycan rəhbərliyini dəstəkləyir və iki ölkə arasında bütün tərəflərin hüquqlarına hörmətlə yanaşacaq davamlı sülhün bərqərar edilməsinə yönəlmiş danışıqlara kömək etməyə hazırdır.
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?
- Bakıda yük avtomobili yandı
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
- Məhkəmədən Kamran Əsədovla bağlı qərar...
- Agentlik sədri bu xanıma vəzifə verdi