Çay ölkəmizdə ən çox istehlak edilən içkilərdəndir. Ölkə olaraq çayı isti və sürətlə içmək kimi vərdişimiz var. Lakin çoxlarımız qaynar çayın selikli qişanı yandırdığından, beləliklə, ağız nahiyəsində xərçəng riskini 3 dəfə artırdığından məlumatsızıq.
BUTA.TV xəbər verir ki, türkiyəli tanınmış professor Oğuz Kösə “çayxor”lara çayı çox isti deyil, bir az soyuq içməyi tövsiyə edib. Onun sözlərinə görə, Çin və Amerikada aparılan araşdırmalardan məlum olub ki, isti və intensiv şəkildə istehlak edilən çay ağız və boğaz selikli qişasına xroniki ziyan vurur, gələcəkdə baş-boyun bölgəsinin xərçəngə tutulma riskini artırır. Professor çayın 15 dəqiqədə dəmlənməsini və yarım saat ərzində içilməsini tövsiyə edib:
“Çay tərkibində güclü antioksidanlar olan qiymətli milli içkidir. Diqqətli olsaq, onu ilıq və təzə içsək, çaydan aldığımız həzzi artıra bilərik".
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir
- Rövşən Pənahlı da işdən çıxarıldı
- Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı
- Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video
- Vahid Ələkbərovun sərvəti açıqlandı