Sabah Füzuli, Abşeron, həmçinin Bakının Qaradağ və Binəqədi rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Horadiz-Laçın” və “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar noyabrın 22-də saat 08:00-dan “Fizuli-Horadiz” və "Füzuli Diaqnostika" ölçü qovşaqlarından, saat 09:00-dan “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Füzuli rayonunun, eləcə də Abşeron (Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyi, Çaylı-Qobustan yaşayış massivi, Ceyranbatan və Saray qəsəbələri və 21 qeyri-yaşayış sahəsi), Qaradağ (Müşviqabad qəsəbəsi) və Binəqədi (28 May qəsəbəsi) rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?
- Bakıda yük avtomobili yandı
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
- Məhkəmədən Kamran Əsədovla bağlı qərar...
- Agentlik sədri bu xanıma vəzifə verdi