Alimlər 2024-cü ildə ilk tüklü mamontu "dünyaya gətirməyi" planlaşdırırlar.
BUTA.TV xəbər verir ki, “Colossal Biosciences” elmi şirkəti qeyri-mümkün olanı etməyə qərarlı olsa da, bəzi bioloqlar bu planlaşdırmanın əleyhinə çıxıblar.
Alimlər yunlu mamontu DNT-dən istifadə etməklə klonlaşdırıb, 2024-cü ilə qədər bu heyvanın ilk balasını ərsəyə gətirmək fikrindədirlər. Tədqiqatçılar ümid edirlər ki, bu praktik təcrübə 21-ci əsrdə tundra sahələrində gəzə biləcək mamontların populyasiyasını bərpa etməyə yardımçı olacaq. Elmi şirkətin əməkdaşları çox xarizmatik məxluq yaradacaqlarını və bu heyvanların tundrada vəhşiləcəyini bildiriblər.
“Colossal Biosciences” XX əsrin birinci yarısında kökü kəsilmiş Dodo quşunu və Tasmaniya pələngini də diriltməyi düşünür.
- İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub - Həyəcan təbili
- AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?