Məktəb bufetləri isti yeməklər verə bilmir - Ekspert

00:56 - 22 Noyabr 2023 - CƏMİYYƏT

 Məktəb bufetləri isti yeməklər verə bilmir - Ekspert

Hazırda bizim 4432 orta təhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Bu məktəblərin 320-si Bakının payına düşür. Orta təhsil məktəblərinin heç birində bufetlər şagirdlərə isti yeməklərin verilməsi və qidaların saxlanılmasına uyğun deyil.

Bu sözləri BUTA.TV-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deputat İltizam Yusifovun parlamentin plenar iclasında ibtidai siniflər və imkansız ailələrin uşaqlarının dövlət hesabına isti yeməklə təmin olunması ilə bağlı fikrinə münasibət bildirərkən deyib.

“Son on il ərzində 3500-dən çox yeni məktəb binası tikilib. Bizim məktəb binalarında isti yeməklərin saxlanılması və bütün şagird sayına uyğun servis edilməsi mümkün deyil. SSRİ vaxtında bu, Azərbaycanda var idi. Hətta uşaqlara süd verilirdi. Amma bu gün şagird sayına nəzər yetirsək, Bakıda bir sinifdə minimum 35 uşaqdan az bir sinif görmərik. Bu gün bufetlər müqavilə əsasında fəaliyyət göstərir. Bufetlərdə işçi sayı maksimum 2 nəfər olur. Bu qədər şagirdə qida xidmətinin göstərilməsi təbii ki, ciddi bir məsələdir. Orta təhsil müəssisələrində yeni qazanxanalar, bufetlər, mətbəxlər yoxdur. Bəzən uşaqlar erkən saatlarda oyanırlar və dərsə gecikməmək üçün yemək yemədən gedirlər. Buna görə də isti yeməklərin verilməsinə ehtiyac var. Bu, yaxşı ideyadır. Amma bizim hazırda məktəblərin bufetlərində o tipli mətbəx xidməti, bu xidməti göstərə biləcək personal yoxdur. Uşaqların fiziki inkişafını nəzərə alsaq bu xidmətlər olmalıdır. Amma indiki vəziyyətdə bizim məktəblərin infrastrukturu buna imkan vermir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol