Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “cibi güclü” ölkələri Qəzzanın yenidən qurulması fonduna kömək etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, o, bu barədə Əlcəzairdə keçirilən biznes forumunda çıxışı zamanı deyib.
“Qəzzanı bərpa etmək üçün əlimizdən gələni edəcəyik. Bəli, mən də “cibi güclülərə” müraciət edirəm, onlar da əllərini ciblərinə salıb Qəzzaya kömək etsinlər. Biz yaradılmış fonda lazımi dəstəyi verdik, bunu Ər-Riyaddakı konfransda birlikdə səsləndirdik, orada da lazımi dəstəyi verməliyik. Davamlı işğal, torpaqlara qəsb etmək və məzlumların kütləvi şəkildə qətli ilə böyüyən İsrail dövlətinin Qəzzanı viranə hala salmaq üçün yürütdüyü siyasətə dözə bilmərik və dözməyəcəyik”, - o bildirib.
- İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub - Həyəcan təbili
- AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?