Türk lirəsinin ucuzlaşması başa çatıb, valyutanın dollar qarşısında möhkəmlənməsi ehtimalı yüksəkdir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. “İnflyasiyanın azaldılması proqramımız çox güman ki, lirənin dəyərinin real qiymətləndirilməsinə gətirib çıxaracaq. Beləliklə, lirənin ucuzlaşması prosesi başa çatıb, möhkəmlənməsi ehtimalı yüksəkdir”, - o bildirib.
Ərdoğan qeyd edib ki, hakimiyyət konstruktiv islahatlar və düzgün iqtisadi siyasət həyata keçirməklə investorların etimadını qazanır ki, bu da likvidlik axınına və lirənin real məzənnəsinə gətirib çıxarır:
“Nəticədə ağıllı artım (iqtisadiyyatda - red.) olacaq və eyni zamanda inflyasiya da azalacaq”.
- Prezidentdən sərəncam: Bu müsabiqə üçün 1 milyon ayrıldı
- “Ayaks” azarkeşindən Bakı ilə bağlı ilginc məqalə - Foto
- ABŞ generalı Bakıdan İrəvana getdi
- Məni söyən, “Bakıda görüşərik” deyib hədələyənlər...
- Azərbaycanla daha bir demarkasiya gözlənilir
- Prezidentin fotoqrafı: Heydər Əliyev Mehdiyevə zəng edib, dedi ki...
- Simonyan: Bakıya getməmək qəbuledilməzdir
- Kimlərin sığorta haqqını dövlət ödəyəcək? - İzah