Türk lirəsinin ucuzlaşması başa çatıb, valyutanın dollar qarşısında möhkəmlənməsi ehtimalı yüksəkdir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. “İnflyasiyanın azaldılması proqramımız çox güman ki, lirənin dəyərinin real qiymətləndirilməsinə gətirib çıxaracaq. Beləliklə, lirənin ucuzlaşması prosesi başa çatıb, möhkəmlənməsi ehtimalı yüksəkdir”, - o bildirib.
Ərdoğan qeyd edib ki, hakimiyyət konstruktiv islahatlar və düzgün iqtisadi siyasət həyata keçirməklə investorların etimadını qazanır ki, bu da likvidlik axınına və lirənin real məzənnəsinə gətirib çıxarır:
“Nəticədə ağıllı artım (iqtisadiyyatda - red.) olacaq və eyni zamanda inflyasiya da azalacaq”.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü