Yaxın gələcəkdə 23 xarici brend Rusiya bazarına daxil ola və orada fəaliyyətə başlaya bilər. Onların 74 faizi geyim və ayaqqabı sektorunda çalışacaq. Qalanları isə məişət malları, elektronika və kitab və suvenirlər olacaq.
BUTA.TV xəbər verir ki, belə bir iddia ilə “NF Group” konsaltinq şirkətinin ekspertləri çıxış edib. Yeni brendlərin əksəriyyətinin (35 faiz) İrandan olacağı bildirilib.
“Belarus, Çin, Qazaxıstan, Cənubi Koreya, Türkiyə, Hindistan, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin brendləri də var”, - məlumatda vurğulanıb.
Qeyd edilib ki, bu ilin əvvəlindən Rusiyada 19 xarici brend fəaliyyətə başlayıb.
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto