Güney Azərbaycanın Təbriz, Zəncan, Ərdəbil və Urmiya şəhərləri də daxil omaqla, İranın 25 şəhərində etiraz aksiyası keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıblar.
Aksiya keçirilən ərazilərdə hazırda işləyən və təqaüdə çıxan rabitə işçiləri Rabitə Nazirliyinin yerli idarələri qarşısında toplaşıblar.
Onlar əmək haqqı və pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Bununla yanaşı, Xark adasının neft sənayesi işçiləri də işi dayandıraraq, etiraz aksiyası keçiriblər.
- Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu
- Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı
- TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video
- Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...
- XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi
- Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən
- Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan
- Separatçıların İrəvandakı ofisi bağlanacaq