Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı senatorlarla təhlükəsiz videorabitə vasitəsilə gizli brifinq keçirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Hill” nəşri ABŞ Senatında Demokratların lideri Çak Şumerə istinadla məlumat yayıb.
Senatorun sözlərinə görə, Zelenski onlara Ukraynadakı hərbi vəziyyət, həmçinin əlavə hərbi yardıma ehtiyac barədə məlumat verməlidir.
Bildirilib ki, Zelenskinin senatorlarla brifinqi Ukraynaya 61 milyard dollarlıq paketin ayrılması ilə bağlı Senatda səsvermədən bir gün əvvəl baş tutacaq.
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?
- Bakıda yük avtomobili yandı
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
- Məhkəmədən Kamran Əsədovla bağlı qərar...
- Agentlik sədri bu xanıma vəzifə verdi